Marneulidə yeni alınmış Yeni il şam ağacı quraşdırılır

Yeni şam ağacı Marneuli Mədəniyyət Mərkəzinin qarşısında quraşdırılır.



Yeni şam ağacını Marneuli bələdiyyəsi 14 256 lariyə alıb. Tender sənədlərinə görə, şam ağacının rəngi təbii yaşıl, hündürlüyü 10 metrdən artıq, diametri isə 4 metr olmalı idi.

Meriya bunadək isə Mədəniyyət Mərkəzinin həyətindəki təbii şam ağacını bəzəyirdi.

Marneuli bələdiyyəsi tenderdə şam ağacı ilə yanaşı yeni il tədbirlərinin keçirilməsi və küçələrin işıqlarla bəzədilməsini də elan etmişdi. Meriya şəhərin bəzədilməsi üçün 25 000, yeni il tədbirləri üçün 14 050 lari xərcləyəcək.

Marneulidə Rustaveli küçəsi artıq bəzədilməyə başlanıb, lakin hələ ki, ötən ildən qalmış bəzəklər quraşdırılır.

Meriya yeni il tədbirləri, şam ağacı və küçələrin işıqlarla bəzədilməsi üçün ümumilikdə 55 000 lariyədək vəsait ayırıb.

“Marneuli” radiosu

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google