Mağalaşvili körpüsündə graffiti rəsmləri
Bu gün 22 dekabr tarixində Marneulidə, “Gənc İnnovatorlar Qrupu” təşkilatının həyata keçirdiyi layihə çərçivəsində Mağalaşvili körpüsünün dirəkləri və alt hissəsində graffiti rəsmləri ilə bəzədildi.

Layihənin müəlliflərindən olan Zaur Xəlilov “Marneuli” radiosuna bildirdi ki, layihənin əsas məqsədi gənclərin incəsənətə marağının artırılması, birgə ictimai-faydalı işlər vasitəsilə gənclərin birliyinə nail olmaqdır. Bu incəsənət vasitəsilə gənclər öz düşüncələrini sərbəst ifadə edə bilərlər.

Qeyd edək ki, layihə “Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqı” tərəfindən həyata keçirilən “Cənubi Qafqazda gənclər sülh naminə” layihəsi çərçivəsində maliyyələşdirilib.







Print ელ. ფოსტა
FaceBook Twitter Google