Marneulidə qızılca vurisu ilə bağlı 2 hal qeydə alınıb
Marneulidə qızılca vurisu ilə bağlı 2 hal qeydə alınıb. 26 yaşlı kişi Tbilisi infeksiya patologiyaları mərkəzində, 30 yaşlı kişi isə Rustavi klinikasına müalicə olur.

Marneulinin Xəstəliklərin Kontrolu Mərkəzinin rəhbəri Eter Laperadzenin sözlərinə görə, Marneulidə hələlik başqa hallar qeydə alınmayıb.

Laperadze izah edir ki, bələdiyyədə virusa qarşı vaksin problemi var və əhalini peyvənd vurdurmağa çağırır.

“Bu keçici infeksiyadır və 1-dən 5 yaşa qədər uşaqlar planlı olaraq peyvənddən keçirlər. İstədikləri halda yuxarı yaşlı vətəndaşlar, virusla kontaktı olanlar da peyvənd vurdura bilərlər. Həmçinin, uşaqlıqda qızılcaya qarşı peyvənd vurulub vurulmadığını xatırlamayan şəxslər də peyvənlənməlidir. İkinci dəfə peyvənd heç bir əks nəticə vermir” - deyir Eter Laperadze.

Bir yanvardan bu günə qədər Gürcüstan miqyasında qızılcaya 312 nəfər yoluxub. Virus əsasən 20-dən 40 yaşa qədər qrupu əhatə edib.

Qızılcanın mənbəyi xəstəliyə yoluxmuş adamlardır. Onlar xüsusən xəstəliyin ilkin dövründə təhlükəlidirlər. Virusun inkubasiya dövrü infeksiyaya yoluxmanın ilk simptomuna qədər 7-18 gündən ibarətdir. Xəstəliyə yoluxanlar səpgilərin başlamasından 4 gün ərzində keçici hesab olunurlar. Bundan əlavə virusun yüksək keçməsi xarakteri var, 24 saatlıq ünsiyyət dövründə infeksiyanı qəbul edən adam 40% , 48 saatlıq ünsiyyət dövründə - 60%, 72 saatlıq ünsiyyət dövründə isə - 80% xəstələnir.

Qızılcanın tipik halı yetərli dərəcədə kəskin başlayır, temperatur qalxır, simptomlardan təqribən 2-3 gün sonra ağız boşluğunda ağ yumru səpkilər əmələ gələ bilər, 5-6 gündən sonra isə xəstənin bədənində səpkilər əmələ gəlir. Ancaq xəstə adam nə qədər yaşlıdırsa simptomları keçirmək bir o qədər də çətindir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები