"Aversi" klinikasında 5 yaşlı uşaq dünyasını dəyişib
Mediada yayımlanan 5 yaşlı uşağın H1N1 virusundan dünyasını dəyişməsi haqqında məlumatı "Aversi" klinikasından təsdiqləmirlər. Qeyd edirlər ki, ehtimalla səhv məlumat yayılıb.

Bizimlə söhbət zamanı Aversinin nümayəndəsi Xatuna Ebralidze deyir ki, beş yaşlı uşaq 17 yanvarda gecə dünyasını dəyişib. Ancaq səbəbin donuz qripi olmasına dair onlarda laborotoloji arayış yoxdur. O, qeyd edir ki, uşağın serebral iflici var imiş və onun sağlamlıq durumuna epilepsiya da əlavə olunub.

"Belə xəstələr adətən kiçik bronx və ya tənəffüs yolları infeksiyasından dünyalarını dəyişirlər. Vacib deyil ki, bu H1N1 virusu olsun. Ancaq uşaq gətirilən kimi laborotoloji test etmədik. Həmin an elə protokolla verilmiş müalicəyə başlanıldı. Antivirus və başqa əlavə müayinələrə başlanıldı. Antivirus preparatı qəbul olunduqda sonra artıq xəstəliyi təsdiqləyə bilmirsən və ehtiyac da yox idi" - deyir Xatuna Ebralidze.

Hələ ki, Aversi klinikasında donuz qripindən 4 nəfər müalicəsini davam etdirir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები