Marneuli Təhsil Resurs Mərkəzi sabahdan
məktəblərdə monitorinqə başlayır.
Bu
haqda məlumatı Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan
Omarov verib və bildirib ki, məktəblərdə gigiyenik normaların
qorunmasını yoxlayacaqlar.
“Biz ümumiyyətlə yoxlayacağıq ki, məktəbdə gigiyenik
normalar nə dərəcədə qorunur, məktəb ərazisində ayaq yolu və sinif
otaqları necədir” - deyir Kənan Omarov.
Qeyd edək ki, Təhsil Naziri Mixeil Batiaşvili nazirlk tərəfindən
yeni tövsiyyələr yayımlayıb və onlar tədris müəssisələrində
gigiyenik qaydaların maksimum qorunmasına aiddir.
Onun sözlərinə görə, bu infeksiya və virus xəstələiklərinin
sonradan yayılmasının qarşısını alacaq.