34 yaşlı Mariam Boboxia dörd il əvvəl süd
vəzisində qəribə ağrı hiss edib. Tez zamanda həkimə
gedib.
Deyiblər ki, analizin cavablarını
gözləməlidir. Dayana bilməyib və exosokopiyasının nəticəsini
incələmək üçün internetdə “qurcalanmağa” başlayıb və öyrənib ki,
karsenoma xərçəng demək imiş. 10 günə diaqnoz analizlə də
təsdiqlənib və Mariam süd vəzisi xərçəngi ilə mübarizəyə
başlayıb.
“Başqa heç nə düşünməmişəm. Məsələn, ölərəm. Bir dəqiqə
də olsa düşünməmişəm. Dedim ki, mütləq xilas olmalıyam. Hər səhər
oyanırdım və öz-özümə deyirdim ki, xilas olmalıyam. Başdan gülməli
səslənirdi, sonra bu vərdiş halına düşdü, hiss edirdim ki,
yaxşıyam” - Mariam Boboxia deyir.
Mariam müayinələrə çox vaxtı tək gedirmiş. Ailə üzvlərinə öz
diaqnozunu müsbət əhval ruhiyyədə çatdırıb. Qərar verib ki,
evladının anasız qalmaması üçün hər şey etməlidir.
“Ailə üzvlərim mənim nə böyüklükdə risk qarşısında
durduğumu dərk etmədilər. Gizlətmədim ki, xərçəngim var idi. Bunu
onlara elə dedim ki, bu gün də başa düşmürlər ki, onda nə qədər
risk qarşısında idim. Bu məlumatı çatdırmaq formasının böyük
əhəmiyyəti var” - Mariam Boboxia deyir.
Əməliyyat 2016-cı ildə olub və tezliklə o, iş yerinə qayıdıb.
Marneuli Tədris Resurs mərkəzində çalışmasına davam edib və
Azərbaycan dilli məktəbdə gürcü dilini tədris edib. Hər gün
Tbilisidən Marneuliyə gəlirmiş və heç kim inanmırmış ki, bunun
fonunda o, ağır mübarizə aparır.
“Heç kim inanmırdı ki, mən drenajla gəzirdim. Don
geyinirdim və yan tərəfimdə də drenaj var idi. Bu görsənmirdi. İşə
getmək və insanlarla münasibət qurmağı çox istəyirdim və
depresiyaya da düşməmişəm. Bunların hamısına sağlam yanaşdım.
Mübarizəyə başladım və bu mübarizə bu günə qədər də davam edir və 7
il yenə müalicə olunmalıyam. Özümdə bu xəstəliyi mən məğlub
etdim” - Mariam Boboxia deyir.
Mariam maddi çətinlik qarşısında qalmayıb. Pedaqoq sığortası onun
bütün xərclərini ödəyib, Tbilisi meriysı isə bu günə qədər
medikamentlərini maliyyələşdirir, ancaq Mariam bu mübarizədə əsas
“dərman” olaraq əzmkarlığı hesab edir.
“Deyirəm, yaşamağa yenidən başlasam bu xəstəliyi
seçərdimmi? Bəli seçərdim. Ona görə ki, mənə çox şey öyrətdi və
göstərdi. Pis tərəfdən baxmıram” - Mariam Boboxia
deyir.
4 fevral beynəlxalq xərçənglə mübarizə günüdür. Gürcüstanda
qadınlarda 5 ən yayılmış xəstəliklər arasında birinci yeri süd
vəzisi xərçəngi tutur. Marneuli xəstəxanasında pulsuz onkoloji
müayinələr aparılmır.
Tbilisidə yerləşən milli skrininq mərkəzi pulsuzdur. Skrininq
proqramı Tbilisidə az da olsa fərqlənir və regionda qeydiyyat olmuş
Gürcüstan vətəndaşları üçün süd vəzisi müayinəsini – 40-dan 70 yaşa
qədər olan qadınlara mamoloji və mamoqrafiya müayinələrini nəzərdə
tutur.
Ehtiyacın təsdiqləndiyi halda həmçinin, süd vəzisi exoskopiyası da
pulsuzdur. Süd vəzisi xərçənginin skrininqi iki ildə bir dəfə
pulsuz edilir.
Mamoqrafiya süd vəzilərinin rentgenoloji müayinəsini nəzərdə tutur.
Müayinənin bu metodu ilə patoloji proseslərin aşkrlanması
mümkündür. Erkən aşkarlanma halında isə müalicə olunma 100-dən 98
halda mümkün olur.
Statistik göstəricilərə əsasən Gürcüstanda xərçəng xəstəliyi ildən
ilə artır.