Başqa-başqa kəndlərdən gələn üç qız eyni problemlə qarşılaşırlar (VİDEO)
“Marneuli” radiosunun jurnalisti Pərvin Hacıyeva səhər efirinin aparıcısıdır. O, tez-tez işə gecikir və buna səbəb olaraq “avtobusun” olmamasını göstərir. Pərvin Marneuli rayonunun Kirəç Muğanlı kəndində yaşayır.

Səhər saatlarında ictimai nəqliyyat üçün müəyyən olunmuş vaxtda avtobus tapa bilmədiyi üçün gözləməli olur, daha sonra isə alternativ çıxış yolu tapmağa çalışır. Marneuliyə gəlmək üçün yeganə variantı var – taksi. Taksilər isə onların kəndinə hər vaxt getmir, əgər sifarişlə tutmaq istəsə, 30 lari ödəməli olur. Xərcləri bölüşmək üçün başqa sərnişinlər axtarmalı olur maşın tapmaq üçün qonşu kəndə gedir.

"Canlı efirdir gecikmək olmur, bəzən işə getmək üçün başqa kəndə getməli oluram. Elə olur ora getməyə də taksi tapa bilmirəm. İşə gəlmək üçün ya taksi ilə rayona gəlməli oluram ya da saat 9-a qədər gözləyirəm. Saat 9-da kəntdən çıxan növbəti avtobusla gəlirəm. Mən gəlib çatana kimi saat 10, 11-in yarısı olur və bu verilişin bitmə vaxtına təsadüf edir. Evə qayıdanda da işdən tez çıxmalı oluram ki, avtobus tapa bilim, qayıdanda da çətinliklər yaşayıram. Avtobusun olmadığı zamanlar qonşu kəndə kimi gəlirəm ya valideyinim məni gəlib evə aparır ya da başqa bir taksi ilə davam etməli oluram" - Pərvin Hacıyeva deyir.

Marqarita Miskaryanı da nəqliyyat problemi narahat edir. Pərvindən fərqli olaraq, o, hətta işi üçün daha çox vaxt lazım gəlsə belə Marneuliyə cəmi 3 saatlığına gəlməli olur. Onların kəndinə marşrut taksi isə həftədə üç gün səhər saat 9-dan 12-dək işləyir. “Marneuli” radiosunun media məktəbi” layihəsində iştirak etmək ona böyük nəqliyyat xərcləri bahasına başa gəlir. Buna görə də dərslərə “skayp” ilə qoşulur. Marqarita bir çox şeydən nəqliyyata görə imtina etməli olur.

"Həftə sonları ancaq 6-cı günlər işləyirlər. O da 9-dan 12-yə kimi işləyirlər. Bazar günü isə heç işləmirlər. Gənclər ictimai nəqliyyat olmadığından işləmirlər, uşaqlar məktəbə, rəqsə getmirlər. Mən daha çox taksidən istifadə edirəm, Dəmyədən Marneuliyə taksilər 10 lariyə aparırlar. Bir nəfər olanda isə 20 lariyə aparırlar" - Marqarita Miskaryan deyir.

Leyla Xixani kənd sakinidir. Məktəb şagirdi olan Leyla, deyir ki, ictimai nəqliyyat yalnız saat 16:00-dək işləyir. O, fərdi planlarını marşrut taksilərin qrafikinə uyğunlaşdırmalı olur. Bir dəfə Marneuli Mədəniyyət Mərkəzində keçirilən tama.ada iştirak etmək üçün bələdiyyədən nəqliyyat ayrılmasını tələb ediblər. Lakin həyatın “marşrutkalara” tənzimlənməsi çətindir.

"Mədəni tədbirlər çox vaxt axşam saatlarında olur və gedə bilmirik. Ona görə də bütün tədbirlərdən uzaq qalmışıq" - Xixani kənd sakini Leyla deyir.

“Marneuli avtoparkı” MMC-nin direktoru Qiqa Calağonia ictimai nəqliyyatla bağlı problemin olduğunu təkzib edir. Deyir ki, bütün avtobuslar qrafikə uyğun hərəkət edir və bizim tərəfimizdən misal çəkilən hallarla razılaşmır.

Calağoniya kənd əhalisinə ümid vermir və deyir ki, mövcud qrafikdə dəyişiklik olmayacaq. Bələdiyyə tərəfindən nəqliyyat vasitəslərinin alınması üçün vəsait də ayrılmayıb, müvafiq olaraq Pərvin, Marqarita və Leyla gələcəkdə də problemlərin öhdəsindən öz hesablarına gəlməli olacaqlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google