Müəllimlərin sertifikatlaşdırılması metodu və əməkhaqqı siyasəti dəyişir

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi müəllimlərin sertifikatlaşdırılmasının yeni metodu və əməkhaqqı siyasətinə dəyişiklik elan edib.


Müəllimlərin müxtəlif fəaliyyətlər və imtahanlar vasitəsilə kredit yığdığı sistem dəyişib. Amma necə dəyişdiyi hələ ki məlum deyil.

Leyla Məmmədova 2010-cu ildən demək olar ki, müəllimlərin bütün imtahanlarında iştirak edib. O, artıq 45 ildir ki, müəllim işləyir. Onun fikrincə, imtahanlar vacibdir, lakin bu zaman dövlət müəllimlərin yaşını və iş təcrübəsini da nəzərə almalıdır. Leyla fikirləşir ki, sistemin tez dəyişməsi yorucudur.

“Əlbəttə bu çox yorucudur. Mən müəllimlərin öz kvalifikasiyasını inkişaf etdmirə institutunun olmasının tərəfdarıyam” – Leyla Məmmədova deyir.

Müəllimlərin sertifikatlaşdırılması pedaqoqların peşə tənzimləmələri, müəllimlərin peşəkarlığının artırılması, pedaqoqun nüfuzunun artırılması və ümumtəhsil sisteminin inkişafını nəzərdə tutur. Pedaqoqların sertifikat imtahanı Gürcüstanda 2010-cu ildən keçirilir. 2014-cü ilədək imtahanda iştirak etmək könüllü idi, sonra isə məcburi oldu. Paralel olaraq “kredit sistemi” də mövcud idi ki, bunun vasitəsilə də müəllimlər peşəkarlıqlarını yalnız imtahanda iştirak etməklə deyil, eyni zamanda müxtəlif fəaliyyətlərdə iştirak etməklə artırırdı. Hələlik hazırlanma prosesində olan sistem dəyişikliyi bu il qüvvəyə minəcək.

Təhsil məsələləri üzrə araşdırmaçı Simon Canaşia hesab edir ki, islahatların belə tez-tez dəyişməsi işin xeyrinə deyil.

“Əgər bu sistem tez-tez dəyişirsə o zaman müəllimlərdə elə hiss yaranır ki, bu sistemdə böyük güc sərf etməyə dəymir. Çünki hər növbəti hakimiyyət və ya təhsil nazirliyi, müəllimlər mərkəzi ləğv edə bilər” - Simon Canaşia deyir.

Canaşia gözlənilən dəyişikliklərdə problemi imtahanların müəllimlərin müxtəlif statuslarına bağlı olmasında görür.

“Dörd imtahan olacaq. Hər imtahana görə müəllimə status veriləcək. Bu problem deyil. İmtahan müəllimin kompetensiyasını təsdiqləyir kvalifikasiyanı deyil” - Simon Canaşia deyir.

Təhsil məsələləri üzrə ekspertin dediyinə görə, müəllimlərin mentor olması status ola bilməz, bu onun funksiyasıdır. Ola bilər ki, gənc pedaqoq ali təhsil alsın və müvafiq imtahanı verərək mentor müəllim olsun, lakin onun peşəkarlığı statusu ilə uyğun gəlməsin.

Baxmayaraq ki, imtahanların keçirilmə formatı və sertifikatlaşdırmanın yeni modeli hələlik məlum deyil, əməkhaqqı siyasəti isə hələ təsdiq olunmayıb, Simon Canaşia hesab edir ki, mövcud imtahan sisteminin ləğv olunması yaxşı qərardır.

“Sistemin ləğv edilməsi problem deyil. Əksinə, o sistem heç bir fayda gətirmirdi. Həm də baha idi. Əlbəttə bunun alternativinin nə olduğunu da düşünmə lazımdır. Hələ ki, dəqiq heç nə bilmirik” - Simon Canaşia deyir.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi əlavə izahat vermir. Təhsil sistemində islahatlarla bağlı bu gün baş nazir Mamuka Baxtadze də söhbət açıb. 2018-2019-cu tədris ilində 11-ci və 12-ci sinif şagirdləri üçün attestat imtahanlarının ləğv olunması da bu islahatların bir parçasıdır.

Həmçinin, qəbul imtahanları sistemində dəyişikliklərin edilməsi bu islahatlara aiddir ki, buna əsasən də 2020-ci ildən 3 məcburi fənn olacaq: Gürcü və xarici dillər, üçüncü isə ali təhsil müəssisəsinin proqramı ilə belə müəyyənləşəcək: texniki fənlər – riyaziyyat, humanitar fənlər – tarix.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები