Azərbaycanlı uşaqların Zuqdidili müəllimi

Salome Qiria 7 il əvvəl Zuqdididən Marneuliyə köçüb. Onun məqsədi etnik azlıqlara gürcü dilini öyrətmək idi.

Sabirkənd ictimai məktəbində 2012-ci ildə gürcü dili üzrə köməkçi müəllim olaraq çalışmağa başlayıb. Mühitə uyğunlaşmaq o qədər də asan olmayıb. Əsas problemi dil maneəsi yaradırmış. Bir dəfə geri qayıtmaq haqqında da düşünüb, ancaq özündə güc toplyıb və başa düşüb ki, buradakı uşaqların həyatını dəyişə bilər. Bu imkanı əldən verə bilməzdi.

“Bilmirdim hara gedirm, mənim yaşayacağım ailə kim olacaqdı. Yerli mədəniyyətlə tanış deyildim. Düzdü bəzi şeylər eşitmirdim amma reallıq başqadır. Bu günü düşünəndə bilmirəm nə deyim” - Salome Qiria deyir.

Salome üçün uşaqlarla çalışmaq indi olduqca asandır. İlk dəfə dərs keçmək üçün sinifə daxil olduğu və ünsiyyətə jest dilində etdiyi günü təbəssümlə xatırlayır.

“Hər bir müəllimin şagird üçün nə edəcəyinin və hansı əhval ruhiyyədə sinifə daxil olacağının böyük əhəmiyyəti var. İlk gündən çalışırdım ki, yaxşı əhval ruhiyyə yaradım. Sonra ikinci üçüncü gün davam etdim və uşaqlar tərəfindən də maraq var idi” - Salome Qiria deyir.

Salome Sabirkənd ictimai məktəbində “qeri-gürcü dilli müəllimlərin peşəkar inkişafı” layihəsi çərçivəsində çalışır. Hesab edir ki, bu layihə intqrasiya baxımından böyük dəyişikliyə səbəb olub.

“Onlar artıq harada yaşadıqlarını, gürcü adətlərini, niyə dil bilməli olduqlarını bilirlər. Bu layihə bitməməlidir. Davamlı şəkildə nələrsə etmək istəyirsən. Əsas odur ki, ideyan çox ola bilər bunları şagirdə necə göstərəcəksən” - Salome Qiria deyir.

Dərslərin əyləncəli formatda keçirilməsi üçün flomasterlər və başqa lazımi əşyaları öz vəsaiti ilə alır. Üçüncü siniflərə ailə mövzusunu aydın şəkildə dəsmal və bığlar yapışdırmaqla izah edir. Sinif otağına hər gün fərqli ideyalar və həvəslə daxil olur.

“Düşünürəm ki, indi 3-4 il əvvəl olan müəllimdən daha fərqli müəlliməm. Sevinirəm ki, nələrsə edilir və mən heç vaxt başqalarından götürüb etmirəm özüm düşünürəm ki, hansı yenilikləri edə bilərəm” - Salome Qiria deyir.

Təmir işlərinə görə Sabirkəndin ictimai məktəbinin şagirdləri dərslərini Algeti ictimai məktəbində keçir. 15 dəqiqəlik piyada yolu Salome şagirdləri ilə birgə, mahnı oxuyaraq gedir. Onun əsas motivasiya qüvvəsi ailəsidir və orada artıq yeddi ildir ki, yaşayır.

“Öz evladlarına nəisə alırlarsa mənə də alırlar. Bu adamlar üçün həqiqətən də dördüncü evlad kimiyəm. İnsanlıq olan yerdə müxtəlif mədəniyyətlərdən söhbət gedə bilməz”
- Salome Qiria deyir.

O, Marneulidən getməyi düşünmür belə. İndi Salome Qirianın əsas məqsədi əhaliyə kömək etmək, şagirdlərə təhsil vermək və müəllimlərlə yeni tədris metodlarını paylaşmaqdır.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები