Marneuli bələdiyyə məclisi aparatına katiblik
şöbəsi əlavə olunur. Bu haqda məlumat bu gün, 8 fevralda baş tutan
bələdiyyə məclisi iclasında səsləndi.
Bələdiyyə məclisi aparatının sədri Nino
Beridzenin dediyinə görə oxşar şöbə meriyada əvvəllər də olub.
“Katiblik var idi amma hüquqi şöbənin yaradılması
məsələsi qaldırıldıqda optimizasiya məqsədi ilə vacib hesab etdilər
və katiblik təşkilatçılıq şöbəsinə birləşdirildi. İndi onun
bölünməsi baş verir. Yalnız bir nəfərin artırılması lazım olacaq və
o, katibliyə rəhbərlik edəcək. Digər iki əməkdaş isə
təşkilatçılıqdan katibliyə keçəcək” - Nino Beridze
deyir.
Beridzenin sözlərinə görə, katibliyin öhdəliyi bələdiyyə
məclislərinin təşkil edilməsi olacaq (xəbərdarlıq, texniki tərəf,
protokolların hazırlanması, layihələrin analiz edilməsi və
paylanması).
Katiblik şöbəsinin rəhbəri üçün müsabiqə yaxın gələcəkdə elan
olunacaq və əmək haqqı 1800 lari təyin ediləcək.
Bələdiyyə məclisinin iclasında yeddi məsələ müzakirə olundu və
deputatlar yeddi məsələ ilə bağlı müsbət qərar qəbul etdilər.