“Marneulinin Etalon şagirdi” 8-ci sinif şagirdi Aysel Əhmədova olub
“Marneulinin etalon şagirdi” 4 saylı məktəbin 8-ci sinif şagirdi Aysel Əhmədova oldu. O, 77 bal toplayaraq 85 şagird arasında birinci yeri tutdu.

Qalibiyyətin sevincini yaşayan Aysel bizimlə söhbətində yalnız onu deyə bildi ki, çox sevinir. Daha sonra isə onun gürcü dili müəllimi İneza Kveladze Ayselin necə şagird olması barədə danışdı.

“Bu nəticəni həqiqətən də gözləyirdim, çünki məktəbdə birinci sinifdən onun müəllimiyəm və Ayselin bacarığına bələdəm. Buraya gələndə düşünürdüm ki, Aysel səhnəyə necə çıxacaq və birinci yeri necə ona verəcəklər” - İneza Qveladze deyir.

İneza Kveladzenin dediyinə görə, o, çox sevinir ki, bir müəllim kimi onun əməyi şagirdlərinin uğurları ilə qiymətləndirilir.

Bu gün, 8 fevral tarixində Gürcüstan Milli İntellektual Çempionatı “Etalon”un ikinci turu keçirildi. Birinci turda Marneuli miqyasında 74 məktəbin şagirdi iştirak edirdi. Onlardan ən yaxşı 85 şagird isə bu gün keçirilən ikinci tura vəsiqə qazanmışdı.

“Tam əminliklə deyə bilərəm ki, layihə daha da məşhurlaşır və müxtəlif bələdiyyələrdə keçirilir. Birinci turda iştirakçılar 15%-dən 20%-ə qədərdir. Marneulidə 20% artıq oldu. İkinci turda iştirakçıların ən böyük sayı Marneulidədir” - deyir “Etalon”un ideya müəllifi və aparıcısı Qoça Tkeşelaşvili qeyd etdi ki, bu gün qalib gəlmiş şagird 15 iyun tarixində Tbilisidə, Rustaveli prospektində keçiriləcək final yarışında iştirak edəcək.

Tədbirdə müəllim və valideynlərlə bərabər Marneuli yerli özünüidarə nümayəndələri də iştirak edirdilər. Marneuli merinin səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadze Ayseli qələbə münasibətilə təbrik etdi və qeyd etdi ki, “Etalon” bütün Gürcüstan üçün mühüm layihədir.

“Bu şagirdlərin həyata hazırlaşması üçün çox yaxşı layihədir. Çünki onlar bizim müstəqil ölkəmizin dəyərli vətəndaşları olmalıdırlar” - Zaur Tabatadze deyir.

“Etalon” layihəsi artıq 13 ildir ki, bütün Gürcüstan miqyasında həyata keçirilir. Layihədə 8-ci sinifdən yuxarı hər bir şagird iştirak edə bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები