Meriya 13 avtobusun təmiri və texniki xidmətləri üçün 40 677 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 13
avtobusun təmiri və texniki xidmətlər üçün tender elan
edib.
Tenderin qiymətlər siyahısının cəmi, yəni 13 maşının hər biri üçün
ehtiyat hissələrin alınması və təmiri üçün nəzərdə tutulan məbləğ
504 363 laridir. Satınalma obyektinin müqavilə dəyəri isə 40 677
laridir.
Tenderdə qalib gəlmiş şirkət meriyanın tələblərinə əsasən aşağıdakı
işləri yerinə yetirməlidir:
- Ehtiyat
hissələrin təmiri və/və ya
dəyişdirilməsi;
- Sürtgü
yağlarının dəyişdirilməsi;
- Kompüter
diaqnostikası;
- Diaqnostika
(hərəki hissələr, mühərrik, güc aqreqatları,
korpus);
- Təkərlərin
sökülüb-quraşdırılması,
təmiri-tarazlaşdırılması;
- Təkərlərdə olan
maililiyin (razval) düzəldilməsi;
- Alüminium və
dəmir hissələrin təmiri;
- Salonun təmiri
(torpedo, qapılar, yük yeri, tavan və
s.);
- Elektrik
işləri;
Tenderdə iştirak etmək istəyən
şiekətlərtəkliflərini 16-18 fevral tarixlərində verə bilərlər.