Meriya Saimerlo məktəbinin həyətinin abadlaşdırılması və digər müəyyən işlərin aparılması üçün 80 000 lari ayırıb

Marneuli meriyası Saimerlo kənd ictimai məktəbinin həyətinin abadlaşdırılması və digər müəyyən işlərin aparılması üçün 80 000 lari ayırıb.


Bu barədə Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze 10 fevral tarixində kənddə keçirilmiş “kənd yığıncağı”nda məlumat verib. Yığıncaqda müzakirə olunan məsələlərdən biri məhz məktəbin həyətinin abadlaşdırılması idi. Bu məsələni 22 yanvar tarixində toplaşanların sayının azlığına görə baş tutmamış birinci “kənd yığıncağı”nda məktəbin direktoru irəli sürmüşdü.

“İllərdir ki, həyət çox pis vəziyyətdədir və uşaqların sağlamlığı üçün təhlükə yaradır. Hesab edirik ki, həyətin bərbad vəziyyətdə olması təhülkəsizlik normalarının pozulmasıdır. Məktəbimizdə kiçik uşaqlar oxuyur və qaçdıqları zaman yıxılıb xəsarət ala bilərlər”, – Nino Mtvarelidze deyir.

Mer səlahiyyətlərinin icraçısı yığıncaqda çıxışı zamanı bildirdi ki, direktorun tələbi əsasında bələdiyyə məktəb üçün məbləğ ayırmaq qərarına gəlib, buna görə də “kənd yığıncağı”nda məktəb həyətinin abadlaşdırılması məsələsini müzakirə etməyə ehtiyac olmayıb.

Marneuli meriyasından “Marneuli” radiosuna verilən məlumata görə, bu mərhələdə tender şərtlərinin hazırlanması prosesi davam edir.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები