“Özü bəyanat verdi və özü qərar qəbul etdi,
yəqin onun baxışından belə olması vacib
imiş”
-
parlament üzvü Tamaz Naveriani dünən, 12 fevralda Marneuli meri
Temur Abazovun bələdiyyə məclisində vəzifədən getməsi ilə bağlı
ərizə daxil etməsi haqqında yayılan hadisə ilə bağlı deyir.
Bizimlə söhbət zamanı “Gürcü Arzusu”nun deputatı deyir ki, Abazovun
qərarını qiymətləndirə bilmir.
“Mən onun qərarına həqiqətən rəy bildirə bilmərəm və
qiymətləndirə bilmərəm. Özü ittiham olunduğu işdə rolunun nə qədər
olduğunu daha yaxşı bilər” - Tamaz Naveriani
deyir.
Abazovun istefası qərarını digər Marneulili “Gürcü Arzusu”nun
deputatları da şəxsi qərar adlandırırlar.
“Bu şəxsi bəyanatdır və şəxsi fikridir. Onun hər hansı
qərarına biz hörmət edirik nə deyə bilərəm. Bu onun şəxsi
bəyanatıdır” - Ruslan Hacıyev deyir və qeyd edir ki,
keçmiş merin qərarının nə qədər düzgün olmasını özü daha yaxşı
bilir.
“Bu qərarı o, özü qəbul edib və belə lazım bilibsə
deməli qərardan heç kim şikayət edə bilməz” - Mahir
Dərziyev deyir.
“Gürcü Arzusunun” üç deputatı da qeyd edir ki, Abazov qərarı özü
qəbul edib və buna görə də onun vəzifəsini tərk etməsini
qiymətləndirə bilməzlər.
Abazov vəzifəsini tərk etməsi ilə bağlı ərizəni 12 fevralda
Marneuli bələdiyyə məclisinə daxil edib və bələdiyyə məclisi onu
arayış olaraq qəbul etməlidir.
İlk əvvəl bələdiyyə məclisi 13 iyunda prokurorluq tərəfindən Elçin
Allahevrdiyevə qarşı təhqiredici və qeyri-insani rəftarda ittiham
olunan zaman onun hüquq-öhdəliklərini dayandırıb.
Abazov yeddi ay ərzində həbsdə olub. Dekabrda məhkəmə onu girov
qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.