Abazov niyə 15 fevrala kimi istefa verib

“Gürcü Arzusu”nun Marneulili deputatları Tamaz Naveriani, Ruslan Hacıyev və Mahir Dərziyevin sözlərinə görə hələ ki, partiyada merliyə namizədlər müzakirə olunmur.


Baxmayaraq ki, "Marneuli" radiosuna etibarlı mənbədən verilən məlumata görə siyasi məkanlarda merliyə güman edilən namizədi olaraq Marneuli bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani və parlamentari Ruslan Hacıyev müzakirə olunur. Deputatlar və partiya liderlər bu mövzuda açıq söhbətdən çəkinirlər və deyirlər ki, hələ ki, namizədlərin müzakirəsi aparılmır.

Abazovun vəzifəsini 15 fevrala qədər tərk etdiyinə görə mer seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Ola bilsin onun qərarı bu tarixlə də əlaqədardır. Çünki Gürcüstan seçki məcəlləsinə əsasən əgər mer səkahiyyətlərini 15 iyuldan 15 fevrala qədər dayandırıbsa növbədən kənar seçkilər yaxın may ayında keçirilməlidir. Əgər Abazov ərizəni 15 fevraldan sonr yazsaydı seçkilər oktyabrda baş tutacaqdı.

Abazov vəzifəsini tərk etməsi ilə bağlı ərizəni 12 fevralda Marneuli bələdiyyə məclisinə daxil edib və bələdiyyə məclisi onu arayış olaraq qəbul etməlidir.

İlk əvvəl bələdiyyə məclisi 13 iyunda prokurorluq tərəfindən Elçin Allahevrdiyevə qarşı təhqiredici və qeyri-insani rəftarda ittiham olunan zaman onun hüquq-öhdəliklərini dayandırıb.

Abazov yeddi ay ərzində həbsdə olub. Dekabrda məhkəmə onu girov qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები