Bələdiyyə məclisi Abazovun istefa arayış şəklində sabah qəbul edəcək
Temur Abazovun
Marneuli merinin vəzifəsini tərk etməsi ilə bağlı ərizəsini
bələdiyyə iclası sabah saat 11:00-da qəbul
edəcək.
Bu
haqda məlumatı Marneuli bələdiyyə məclisi aparatının rəhbəri Nino
Beridze verib.
Beridzenin sözlərinə görə bələdiyyə məclisinin növbədən kənar
iclası sabah baş tutacaq.
Temur Abazov istefası ilə bağlı ərizəni bələdiyyə məclisinə dünən,
2 fevralda daxil edib. Prosedur olaraq Marneuli bələdiyyə məclisi
onun ərizəsini qəbul etməlidir və nəticədə Abazovun səlahiyyətləri
dayandırılmalıdır.
Abazovun səalhiyyətlərinin dayandırılmasından sonra mərkəzi seçki
komissiyası növbədən kənar seçkilərin tarixini təyin edəcək.
Nəticədə isə Marneuli yenə seçkiqabağı kompaniyaya qoşulacaq.
Abazovun vəzifəsini 15 fevrala qədər tərk etdiyinə görə mer
seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Ola bilsin onun
qərarı bu tarixlə də əlaqədardır. Çünki Gürcüstan seçki məcəlləsinə
əsasən əgər mer səlahiyyətlərini 15 iyuldan 15 fevrala qədər
dayandırıbsa növbədən kənar seçkilər yaxın may ayında
keçirilməlidir. Əgər Abazov ərizəni 15 fevraldan sonra yazsaydı
seçkilər oktyabrda baş tutacaqdı.
Abazov vəzifəsini tərk etməsi ilə bağlı ərizəni 12 fevralda
Marneuli bələdiyyə məclisinə daxil edib və bələdiyyə məclisi onu
arayış olaraq qəbul etməlidir.
İlk əvvəl bələdiyyə məclisi 13 iyunda prokurorluq tərəfindən Elçin
Allahevrdiyevə qarşı təhqiredici və qeyri-insani rəftarda ittiham
olunan zaman onun hüquq-öhdəliklərini dayandırıb.
Abazov yeddi ay rzində həbsdə olub. Dekabrda məhkəmə onu girov
qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.