Bələdiyyə Məclisi Abazovun istefa məktubunu 3 dəqiqə 43 saniyə ərzində arayış qismində qəbul etdi
Marneuli Bələdiyyə Məclisi Temur Abazov tərəfindən vəzifəsini tərk etməklə bağlı ərizəsini arayış şəklində bu gün, 14 fevralda qəbul etdi. Bələdiyyə Məclisinin 3 dəqiqə 43 saniyə davam edən növbədənkənar iclasında müzakirə olunacaq yalnız bir məsələ var idi.

Marneulinin keçmiş meri səlahiyyətini dayandrımaqla bağlı ərizəni Bələdiyyə Məclisinə 12 fevralda təqdim edib. Gürcüstan qanunvericiliyindən irəli gələrək onun səlahiyyəti ərizənin qeydiyyata alınmasının ikinci günü, 13 fevralda dayandırıldı.

Abazovun səlahiyyətinin dayandırılmasından sonra Mərkəzi Seçki Komissiyası növbədənkənar seçkilərin tarixini təyin edəcək və nəticədə Marneuli yenidən seçkiqabağı kampaniya prosesinə qoşulacaq.

Abazov vəzifəsini 15 fevrala qədər tərk etdiyinə görə, mer seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Ola bilsin onun qərarı bu tarixlə də əlaqədardır. Çünki Gürcüstan seçki məcəlləsinə əsasən əgər mer səlahiyyətlərini 15 iyuldan 15 fevrala qədər dayandırıbsa, növbədənkənar seçkilər may ayında keçirilməlidir. Əgər Abazov ərizəni 15 fevraldan sonra yazsaydı, seçkilər oktyabrda baş tutacaqdı.

Bələdiyyə Məclisi ilk olaraq 13 iyunda prokurorluq tərəfindən Elçin Allahevrdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda ittiham olunan zaman onun hüquq-səlahiyyətlərini dayandırmışdı.

Abazov yeddi ay ərzində həbsdə olub. Dekabrda məhkəmə onu girov qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები