Gender Şurası həqiqətən ehtiyacı olan tənha qadınlara 8 mart hədiyyəsi verəcək
Marneulinin
gender şurası tək analara 8 mart hədiyyəsi
verəcək.
Bu
haqda məlumatı şuranın bugünkü iclasında veriblər. Gender şurasının
katibi İa Esebuanın dediyinə görə Sosial Agentliyin məlumatına
əsasən Marneulidə yardım alan 31 tək ana var. Ancaq şura büdcəsinin
az olmasına görə onların hamısına hədiyyə verə bilməyəcək.
“Biz Sosial Agentlikdən tək anaların siyahısını aldıq.
Onlar bizim sosial proqramdan yararlanırlar. Təəssüf ki, ola bilsin
bələdiyyə miqyasında başqa tək analar da var ancaq bu haqda
məlumatımız yoxdur” - İa Esebua deyir.
Şura yaxın gələcəkdə şəxsən ailələrə qonaq getməyi planlaşdırır və
güman edirlər ki, ən çox ehtiyacı olan analara yardım
göstərəcəklər. 8 mart hədiyyəsi 100 lari çərçivəsində nəzərdə
tutulur.