Sahibsiz itlərin tenderində şirkətin əvəzinə yoxlayıcı təşkilatın nömrəsi qeyd olunub
Marneuli meriyası itlərin sığınacaq xidməti üçün yeni tender elan edib. Tenderdə artıq "Vektra" MMC iştirak edib. Həmin şirkət keçən il də eyni xidməti göstərmişdi.

Şirkət ilə müqavilənin hazırlanması prosesi gedir.

"Marneuli" radiosu "Vektra" MMC-nin nümayəndələrinə zəng vurmağa cəhd göstərdi. Tenderə qeyd olunan nömrəyə Gürcüstan Heyvanların Mühafizəsi Federasiyasının nümayəndəsi cavab verdi. O, itlərin sığınacaq xidmətini monitorinq edir.

Bizim üçün tenderdə yoxlayışı sektorun nömrəsinin qeyd olunması qeyri-müəyyən olaraq qaldı və biz Heyvanların Mühafizəsi Federasiyasının rəhbəri Temur Lackepiani ilə əlaqə saxladıq. O, onların mobil nömrəsinin qeyd olunmasını qarşılıqlı əməkdaşlıq memorandumu ilə izah etdi.

“Cavab odur ki, biz bir-birimizlə monitorinq həyata keçirməklə bağlı əməkdaşlıq memorandumu imzalamışıq. Kutaisi miqyasında hansısa heyvana yardım lazım olsa bizim təşkilat onu klinikaya aparır”
- Lacğebiani deyir.

Şirkətin əlaqə nömrəsini tenderlə bağlı məlumatda qeyd etməli olduğunu Məlumat Azadlığı İnkişaf İnstitutunun Araşdırmalar üzrə rəhbəri Giorgi Lomtadze də təsdiq edir və deyir ki, tenderdə əsas şirkətin nöməris olaraq yoxlayıcı təşkilatın nömrəsi qeyd olunubsa o zaman şübhə yaranır ki, yoxlayış yaxşı həyata keçiriləcəkmi.

“Sayta yüklənmiş sənədlərdən görsənir ki, "Vektra" MMCC Marneulinin elan etdiyi və qalib gəldiyi konkret tenderə müəyyən əlaqə məlumatı yükləyib. Onların tələblərindən biri odur ki, "Vektra" MMC-nin yerinə yetirdiyi fəaliyyəti yad şəxs yoxlamalıdır. Dövlət alqı-satqı saytında işləri yerinə yetirən təşkilatın nömrəsi deyil monitorinq edən təşkilatın nömrəsinin qeyd olunması real olaraq göstərir ki, onlar arasında konkret bu tenderdə hansısa razılaşma var ya yox, ancaq bu fərziyyədir”
- Lomtadze deyir.

Marneuli bələdiyyəsində dörd tenderin pozulmasını nəzərə almaqla ola bilsin meriya müəyyən pozuntulara göz yumub, ancaq Lomtadzenin sözlərinə görə bələdiyyə müqavilə bağlayana qədər şirkətin işini yaxşı öyrənməyə məcburdur.

Keçən il də "Vektra" MMC-nin işinə Gürcüstan Heyvanların Mühafizəsi Federasiyası nəzarət edirdi. İndiyə kimi pozulan tenderlərə səbəb olaraq yetərli olmayan məbləği qeyd edirdilər və konkret təşkilatların keçmişində etdiyi pozuntuları qeyd edirdi. Federasiyada izah edirlər ki, "Vektra" MMC-nin çalışdığı dövrdə heyvanlarının hüquqları baxımından pozuntu olmayıb və Marneulidən aparılan itlərin 95% peyvəndli qaytarıblar. Hər itin xidməti üçün 100 lari ayrılıb. 2019-cu ildə meriya itlərin sığınacağı xidməti tenderində məbləğ 4200 lari artırıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები