Facebook “Pələng və şirlərini” Hacıyev kabinetinə dəvət edir
“Bazar ertəsi kim facebookda
pələnglik edir onu gözləyirəm” – bu bəyanatı bizimlə
söhbət zamanı Marneulinin
majoritar deputatı Ruslan Hacıyev verib.
Hacıyevin sözlərinə görə, sosial şəbəkədə aktiv şəkildə onun
diskreditasiyası və yanlış məlumatın yayılması prosesi
aparılır.
“Provokasiya və artıq işlərlə məşğul olmaq bu qədər
yetərlidir. Gəlsinlər bütün suallarını şəxsən özümə versinlər və
desinlər ki, bu rayon üçün nə ediblər və nə etməyi planlaşdırırlar.
Etnik və dini icmalarla spekulyasiya edirlər, kompüter qarşısında
otururlar və belə deyək hamı şirə dönüb” - Ruslan
Hacıyev deyir.
Hacıyev konkret ad və soyad qeyd etmir. Deyir ki, sosial şəbəkədə
saxta istifadəçilərin sayı çoxdur.
Deputat izah edir ki, hər bazar ertəsi günü saat 12:00-dan onun
vətəndaşların qəbul günüdür və istəyi olan hər kəs gedə və onlara
maraqlı olan məsələ ilə bağlı söhbət edə bilər.