Marneulidə baş vermiş qəza nəticəsində 1 nömrəli marşrutun sürücüsü həyatını itirib

Bu gün, 6 mart tarixində Marneulidə baş vermiş qəza nəticəsində 1 nömrəli marşrutun sürücüsü həyatını itirib.

Hadisə 26 May meydanında, Polis İdarəsinin yaxınlığında baş verib.

 

Hadisə zamanı 1 nömrəli marşrut üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobus və “Opel Zafira” markalı minik maşını toqquşub. Qəza nəticəsində aşan mikroavtobusun sürücüsü dünyasını dəyişib.

“Marneuli” radiosu təfərrüatları Daxili İşlər Nazirliyindən araşdırır.

Print ელ. ფოსტა
თეგები: Marneuli Polis İdarəsi
FaceBook Twitter Google