2023-cü il ərzində Kvemo Kartlidə 479 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 53 nəfər ölüb, 691 nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyinin açıqladığı statistik məlumatlara görə,
ötən il Gürcüstan miqyasında 5594 bədbəxt hadisə baş verib,
nəticədə 442 nəfər ölüb, 7310 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyi regionlar üzrə statistik məlumatlarla
yanaşı, Patrul Polis Departamentinin əməliyyat-axtarış tədbirləri
nəticəsində baş vermiş yol-nəqliyyat hadisələrinin ayrı-ayrı
statistik məlumatları da açıqlayıb. Qeyd olunan statistik
məlumatlara görə, Patrul Polis Departamentinin fəaliyyət göstərdiyi
ərazilərdə baş vermiş qəza nəticəsində 290 nəfər həlak olub.
Bütün Gürcüstanda baş vermiş yol-nəqliyyat hadisələrinin ehtimal
olunan səbəbi əksər hallarda hərəkət zolağında keçid və ya ötmə
qaydalarının pozulmasıdır. Bu səbəbdən 356 qəza baş verib, nəticədə
55 nəfər ölüb, 747 nəfər yaralanıb. Qəzanın 349 dəfə ehtimal olunan
səbəblərindən biri sürət həddinin aşılması olub, nəticədə 67 nəfər
ölüb. Həmçinin 15 nəfərin ölümü ilə nəticələnən 349 qəzanın ehtimal
olunan səbəbi məsafənin qorunmaması olub.
2023-cü ildə sərxoş vəziyyətdə avtomobil idarə etmə səbəbindən 158
qəza baş verib, nəticədə 13 nəfər ölüb, 253 nəfər yaralanıb.
Ən çox qəza minik maşını (3196 hadisə), sonra isə motosikletlərdə
(752 hadisə) qeydə alınır. Mikroavtobus 337 dəfə, yük maşını isə
309 dəfə qəza törədib. 202 nəfər avtomobil qəzasında, 16 nəfər
motosiklet, 46 nəfər yük maşını, 20 nəfər mikroavtobus qəzasında
dünyasını dəyişib.
Gürcüstanın regionları üzrə yol qəzalarının sayının statistikasını
təqdim edirik:
- Tbilisi – 2655 qəza. 74 nəfər ölüb, 3083 nəfər
yaralanıb.
- Acarıstan – 569 qəza. 43 nəfər ölüb, 740 nəfər
yaralanıb.
- Sameqrelo-Zemo Svaneti – 254 qəza. 38 nəfər ölüb, 387
nəfər yaralanıb.
- İmereti, Raça-Leçxumi və Kvemo Svaneti – 659 qəza. 75
nəfər ölüb, 913 nəfər yaralanıb.
- Şida Kartli – 287 qəza. 39 nəfər ölüb, 447 nəfər
yaralanıb.
- Kvemo Kartli – 479 qəza. 53 nəfər ölüb, 691 nəfər
yaralanıb.
- Kaxeti – 308 qəza. 67 nəfər ölüb, 491 nəfər
yaralanıb.
- Samtsxe-Cavaxeti – 117 qəza. 8 nəfər ölüb, 198 nəfər
yaralanıb.
- Mtsxeta – 173 qəza. 34 nəfər ölüb, 243 nəfər
yaralanıb.
- Quriya – 93 qəza. 11 nəfər ölüb, 117 nəfər
yaralanıb.
Qeyd edək ki, son vaxtlar Marneulidə yol-nəqliyyat hadisələrinin
sayı artıb. Ötən həftələr ərzində Marneuli şəhərində və bələdiyyəyə
daxil olan kəndlərdə qəzalar baş verib, nəticədə bir neçə nəfər
ölüb və yaralanıb.