Saimerlo kəndində qatar iki nəfəri vurub
Marneuli bələdiyyəsinin Saimerlo kəndində qatar dəmiryolu keçidindən keçən və içərisində iki nəfərin olduğu minik maşınını vurub.
“Marneuli” radiosunun məlumatına görə, həmin iki nəfərdən biri hadisə yerindəcə dünyasını dəyişib, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və xəstəxanada dünyasını dəyişib.

Şahidlərin bildirdiklərinə görə, qatar xəbərdarlıq siqnalından da istifadə edib, lakin dayana bilməyib və maşını sürüyərək aparıb.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, Cinayət Məcəlləsinin dəmiryolu hərəkəti təhlükəsizliyinin və ya istismar qaydalarının insan həyatının itirilməsi ilə nəticələnən pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə istintaq başlayıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google