Belə fikir irəli sürülüb ki, əfv komissiyasının tərkibi
genişləndirilsin – bu haqda əfv üzrə dövlət komissiyasının sədri
Zviad Koridze dünən Prezident nümayəndələrinin,
Əfv üzrə dövlət komissiyası üzvlərinin və qadına qarşı zorakılıq
üzərində çalışan QHT-in görüşündən sonra bildirib.
Koridzenin sözlərinə görə, görüşdə çox vacib təşəbbüslər
səsləndirilib və görüşlər davamlı olacaq.
Komissiya tərkibinin mümkün genişləndirilməsinə gəldikdə isə,
Koridzenin sözlərinə görə, bu məsələ görüşdə müzakirə edilib.
“Bu fikir görüşdə bildirildi. Bizim tərəfimizdən də
qeyd olundu ki, komissiya tərkibinin genişləndirilməsi olsun və bu
şəxsləri komissiyaya dəvət edək, elə bu görüşə də. Amma görüşə
qədər də bu haqda hətta prezidentlə də söhbət oldu”,
- bildirib Zviad Koridze.