Gürcüstan 2021-ci ilə qədər işsizlik kompensasiyası təyin etməyə məcburdur

Gürcüstan 2021-ci ilə qədər işsizlik kompensasiyası təyin etməyə məcburdur.

Bu haqda Həmkarlar İttifaqı Birliyinin rəhbəri İrakli Petriaşvili “Palitra” radiosunda “Saqme” verlişində bildirib. Onun sözlərinə görə, bu öhdəliyi Avropa İttifaqı ilə Assosiasiya sazişi nəzərdə tutur. Petriaşvilinin dediyinə görə, hökumət və ya parlament üzvləri maksimum dərəcədə çalışırlar ki, buna diqqət yetirməsinlər.

Xatırladaq ki, keçən ay iqtisadi sektor siyasəti komitəsinin sədri Roman Kakiliya bildirib ki, işsizliklə bağlı kompensasiya məsələsi haqqında müzakirə başlamalıdır. Kakuliya qeyd olunan məsələ ilə bağlı, Maliyyə Nazirliyi ilə də çalışmağı planlaşdırırdı. Ancaq işsizlik kompensasiyası mövzusunda bir neçə gün əvvəl maliyyə naziri də bəyanat verdi. İvane Macavarianinin qiymətləndirməsinə görə, indiki mərhələdə işsizlik kompensasiyasına ehtiyac olduğunu görmür.

Mənbə: BPN

 

Print ელ. ფოსტა
თეგები: უმუშევრობა
FaceBook Twitter Google