Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
Tbilisi, Kaxeti, Mtsxeta və Acarıstan regionlarında
saxta vergi sənədlərinin hazırlanmasına dair beş fakt aşkarlayıblar
və beş şirkətin rəhbərini həbs ediblər.
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin araşdırması
ilə məlum olub ki, ittiham olunan şəxslər qanunsuz gəlir əldə etmək
məqsədi ilə, vergi sənədlərinin saxtalaşdırılması və realizəsini
edirlərmiş. Konkret olaraq isə onlar saxta hesab fakturaları
hazırlayıb veriblər. Sənədə əsasən guya müxtəlif adlı məhsullar –
tikinti və taxta materialları, kənd təsərrüfatı məhsulları realizə
olunub.
Məhsulun realizəyə verilməsindən kənar saxta yazılmış vergi
sənədlərinin ümumi dəyəri təqribən 300 000 larini təşkil edir.
İstintaq CM-nin 210-cu maddəsinin birinci hissəsi ilə gedir. Maddə
2-dən 4 ilə qədər azadlqıdan məhrum edilməni nəzərdə tutur.