İstintaq xidməti beş şirkətin rəhbərini həbs edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Tbilisi, Kaxeti, Mtsxeta və Acarıstan regionlarında saxta vergi sənədlərinin hazırlanmasına dair beş fakt aşkarlayıblar və beş şirkətin rəhbərini həbs ediblər.

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin araşdırması ilə məlum olub ki, ittiham olunan şəxslər qanunsuz gəlir əldə etmək məqsədi ilə, vergi sənədlərinin saxtalaşdırılması və realizəsini edirlərmiş. Konkret olaraq isə onlar saxta hesab fakturaları hazırlayıb veriblər. Sənədə əsasən guya müxtəlif adlı məhsullar – tikinti və taxta materialları, kənd təsərrüfatı məhsulları realizə olunub.

Məhsulun realizəyə verilməsindən kənar saxta yazılmış vergi sənədlərinin ümumi dəyəri təqribən 300 000 larini təşkil edir.

İstintaq CM-nin 210-cu maddəsinin birinci hissəsi ilə gedir. Maddə 2-dən 4 ilə qədər azadlqıdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: İnterPressNews
Print