Maliyyə naziri Mamuka Baxtadzenin bəyənatına görə lombartlarla
bağlı yeni tənzimləmələr bu ay təyin olunacaq.
Baxtadzenin İPN-ə Filippinin Manila şəhərindən bildirib ki,
avtomobillərin və daşınmaz əmlakın lombartlaşdırılması çox neqativ
təcrübədir və bu istiqamətdə prinsipial addımlar atılacaq.
“Qısa müddətdə olması vacibdir və bu may ayını
keçməməlidir, lombartlaşdırma ilə bağlı yeni oyun qaydaları qəbul
etdik. Avtomobil və daşınmaz əmlakın lombartlaşdırılması çox
neqativ təcrübədir. Bu istifadəçilərə də pis təsir edəcək və çox
hallarda kriminal mənbəsi də olub. Ona gör də mən düşünürəm ki, bu
istiqamətdə də prinsipial addımlar atmalyıq. Prinsipial və
keyfiyyətli şəkildə yeni qaydalar lazımdır”, -
bildirib Baxtadze.