Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, Gürcüstandan
Türkiyəyə ixrac olunan elektrik enerjisinin həcmi artıb və cari
ilin 9 may tarixinə olan vəziyyətə əsasən 63 715000 kvt təşkil
edib.
Nazirliyin məlumatına görə, Gürcüstandan Türkiyəyə ixrac olunmuş
elektrik enerjisinin həcmi bugünə olan vəziyyətə görə keçən ilin
həmin mərhələyə olan göstəricilərlə müqayisədə 61.4% artacaq.
“Hal-hazırda Türkiyə istiqamətində 324 meqavatt
verilir.Bu isə rekord göstəricidir. Keçən il bu göstərici 166
meqavatı təşkil edirdi, 2016-cı ildə isə 99 vatt idi. Cəmi cari
ildə ixrac olunan elektrik enerjisinin həcmi 125 021 000 kvt təşkil
edib ki, 2017-ci ilin göstəricisnədn 208,5% çoxdur”,
- deyilir İqtisadiyyat Nazirliyinin bəyənatında.
Nazir Dimitri Kumsişvilinin dediyinə görə, qeyd olunan artım
Türkiyə respublikasına verilmiş enerjinin miqdarının artmasına görə
olub, bu cari ildə 50 261 000 kvt təşkil edib.
May ayında 238 195 000 kvt elektrik enerjisinin verilməsi
planlaşdırılır. Bu isə keçən illə müqayisədə 19,6% çox olacaq.
Kumsişvilinin bəyənatına görə, ixracın həcminin artması Gürcüstanın
Türkiyə tərəfi ilə davamlı çalışmasının nəticəsidir. Bu məsələ ilə
bağlı iki tərəfli formatda görüşlər fevral və aprel aylarında baş
tutub.