Özəl tibbi sığortadan Gürcüstan əhalisinin 15%-i istifadə edir
Sığrota şirkəti tərəfindən təklif edilmiş səhiyyə sığorta polislərindən əhalinin 15%-i istifadə edir. Sığorta nəzarət xidməti tərəfindən yayımlanan göstəricilərə əsasən 17 sığort şirkətinin ümumilikdə 553 675 qüvvədə olan polisi var.

Bu isə keçən ilin analoji dövründən 0,07% artıqdır.

Tibbi sığorta bazarı əsasən 5 şirkətə bölünüb: “Gi Pi Ai Holdinq”- bazarın 31%-nə, “İmedi L”-26%, “Ardi”-12%, “Psp sığorta” – 7%, “İrao”-6%-nə sahibdir. Qalan 18% isə bazarın başqa oyunçularına bölünür.

Ümumilikdə tibbi sığorta seqmentindən şirkətlər cari ilin 9 ayında 172,4 milyon larilik premiya cəlb ediblər və bu keçən illə müqayisədə 7% artıqdır.

Mənbə: bm.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google