"Təmbəkidən istifadə 30% azalıb - əhali tütündən istifadəyə keçir"
“Təmbəki sənayesinin bir ay ərzində satışı demək olar ki, 30% azalıb” – bu haqda “Biznespressnews”-a “British American Tobaco”nun korporativ direktoru Zviad Sxvitaridze bildirib. Onun məlumatına görə, bunun əvəzində ölkədə tütündən istifadə edənlərin sayı artır və qeyri-leqal ticarət göstəricisi çoxalır. Sxvitaridze il ərzində siqaretin bahalaşacağını yenə proqnoz edib.

“British American Tobaco”nun korporativ direktorunun sözlərinə görə, Gürcüstanıb qonşu ölkələrində siqaretə aksiz olduqca aşağıdır. Bu mühit isə onun izahatına görə qeyri-leqal ticarət riskini əhəmiyyətli dərəcədə artırır.

“Regional dairədə biz görürük ki, Ermənistanda, Rusiyada, Azərbaycanda aksiz vergisi radikal şəkildə aşağıdır. Fərq bir dollardan artıqdır. Bu fakt isə qanunsuz ticarətlə məşğul olan adamlar üçün olduqca böyük cazibədir. Müvafiq olaraq qeyri-leqal ticarətə düşən pay arta bilər. Bu proses artıq başlayıb və aksizsiz siqaretlərin bəyan edilməsi ilə bağlı göstəricisi son dövrdə artır. Qeyri-leqal ticarət və istifadəçilər tərəfindən aşağı seqmentə, tütünə keçid birmənalı olaraq bizim satışa da təsir göstərib.

Xatırladaq ki, ayrı fiziki şəxslər dənə ilə təmbəki gətirirlər və qiymət 7 dəfə və 8 dəfə idxal olunan siqaretdən ucuzdur. Ancaq onun keyfiyyətini heç kim yoxlamır. Bizim istifadəçilərin sayı azalır. Müvafiq olaraq aksiz və qanunla nəzərdə tutulmuş başqa vergiləri ödədiyimiz vergilərlər ödəməyəcəyik. Bunların hamısı yenə büdcə ilə azalır və bu il olduqca aşağı qiymətə olacaq”
- Sxvitaridze bildirib.

Keçən il vergi məcəlləsinə daxil olan dəyişikliklərə əsasən 1-yanvardan idxal olunan filtrli siqaretə vergi artıb və bu deməkdir ki, dəyişikliklərə əsasən şirkətlər qutunun dəyərinin 10%-i əvəzinə dövlətə 30%-ni ödəməli olacaqlar.

Nəticədə isə son bir ay ərzində təmbəkinin qiyməti iki dəfə - 50 tetri olmaqla bahalaşıb.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google