Poçt göndərişlərinə niyə 2 larilik vergi təyin edilib - şirkətin izahatı
“Gürcüstan poçtu” yeni vergilərin təyin
edilməsinə xüsusi bəyanatla cavab verib:
“İstifadəçilərin 2 larilik verginin təyin edilməsi ilə
bağlı narazılığı haqqında demək istəyirik ki, “Gürcüstan Poçtu”
üçün tarifin təyin edilməsi ilə bağlı qərar qəbul etmək olduqca
ağrılı idi. Qeyd etmək istəyirik ki, bu addımı atmaq beynəlxalq
poçt tənzimləmələrinin dəyişikliyinə görə vacib idi. Dəyişikliklər
“Gürcüstan poçtunun” xərclərinin də artmasına səbəb oldu. Müəyyən
(əşyalardan ibarət beynəlxalq göndərişlər) poçt göndərişlərinin
xidməti bahalaşdı.
Xahiş edirik nəzərər alasınız ki, “Gürcüstan poçtu” poçt
operatorudur və funksiyası poçt göndərişlərini qəbul etmək və
təhvil verməkdir. Poçt tənzimləmələrinə əsasən poçt göndərişləri
olaraq bir şəxs tərəfindən digərinə (baxmayaraq ki, əşya dost
tərəfindən göndərilən hədiyyədir və ya elektron ticarət nəticəsində
alınıb) dəyərinin nə olmasına baxmayaraq poçt şəbəkəsindən istifadə
edərək göndərilən əşyadır.
Məhz,göndərilən əşyanın dəyəri deyil, bu qiymətin təyin olunmasına
səbəb olub. Qeyd edək ki, qeyd olunan qərar beynəlxalq poçt
tənzimləmələrinə tam uyğundur və dünyanın müxtəlif ölkələrində poçt
operatorları bundan istifadə edir. “Gürcüstan Poçtu” da öz
fəaliyyətini belə həyata keçirir” - bəyanatda qeyd
olunur.