Bu gündən “Magticom”un abonentlərinə nömrə xidməti haqqı tətbiq olunur
Bu gündən “Magticom”un abonentlərinə nömrə xidməti haqqı tətbiq olunur.
Xidmət haqqı 180 gün üçün 1 lari təşkil edir. Məbləğ nömrənin hesabından avtomatik olaraq çıxılır.

Milli Kommunikasiya Komissiyasından “Birinci kanal”a verilən məlumata görə, komissiyanın 14 fevral tarixində tariflərinin artırılmasının dayandırılması ilə bağlı qərarında nömrə xidməti haqqı nəzərdə tutulmur.

Komissiya “Magticom”un paketlərin qiymətlərinin artırılmasını dayandırıb, həmçinin şirkətdən mövcud 25 lari dəyərindəki limitsiz paketin qüvvədə saxlanılmasını tələb edib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google