Diğomda qara dərili tələbələrin döyülməsi faktına dair istintaq başlayıb -Video
Tbilisidə, Beliaşvili küçəsində yerləşən stadionda bir neçə nəfər qara dərili tələbə təqribən 2 saat ərzində futbol oynayırmış və nəticədə aqressiv bir qrup kişi fiziki və şifahi təhqirlə onları ərazidən çıxarıb.

Hadisə 8 aprel təqribən saat 18:00-da baş verib.

Netgazetiyə şahidlərdən birinin təqdim etdiyi videoda görsənir ki, dəyənəklə silahlanmış şəxslər qara dərili gəncləri necə fiziki və şifahi olaraq təhqir edirlər. Şahidin dediyinə görə, aqressiv vətəndaşlar qrupu güclə qara dərili gəncləri ərazini tərk etməyə məcbur edib.

Fiziki təhqir və hədələmə videosunu qara dərili tələbələrdən biri də çəkib. Orada görsənir ki, o, və dostları güclə canlarını qurtarıblar. Onun sözlərinə görə, iqrçi və diskriminativ zorakılığa görə polis çağırıblar və videonu da göstəriblər. Ancaq hüquq mühafizəçiləri onlara deyib ki, “baş verəni və bu kişiləri unutsunlar”.
“Bizi təhqir edən heç bir gürcünü saxlamayıblar. Polis onlardan heç bir üzr istəmək formasını tələb etməyib. Heç nə! Niyə? Bu tarixi tərsinə çevirsək, qaradərililər gürcüləri təhqit etsəydilər polisin belə sağlam olmayan yanaşması olardımı? Uzun söhbətim üçün üzr istəyirəm, amma biz irqçiliyi dayandırmaq üçün mübarizə aparmalıyıq. 21-ci əsrdə? inanılmazdır. Bu dayandırılmalıdır!” – bildirir Benit. O, Nyu-Vijen Universitetinin tələbəsidir.

Qaradərili tələbələr zorakılığın əks olunduğu videonu sosial şəbəkəyə yerləşdirdikdən sonra onlar hədə və irqçiliklə dolu olan mesajlar almağa başlayırlar.

Gürcüstanın Daxili İşlər Nazirliyindən Netgazetiyə bildirirlər ki, Beliaşvili küçəsində gənc tələbələrin döyülməsi faktına dair istintaq CM-nin 126-cı maddəsi ilə başlayıb. Maddə zorakılığı nəzərdə tutur.

Tələbələr bildirirlər ki, onların döyülməsi və meydançdan çıxarılması faktları dərilərinin rənginə görə olub.

Ancaq polis CM-nin 1421-ci maddəsinə əsasən istintaqa başlamayıb. Maddəi irqçiliklə diskriminasiyanı nəzərdə tutur.

Netgazetinin söhbət etdiyi zərərçəkmiş tələbə deyir ki, polis onu sorğulamayıb və hadisədən sonra əlaqə saxlamayıblar.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google