Vakedə qətlə yetirilmiş qadın qətldən bir neçə saat əvvəl kömək üçün polisə müraciət edib
Vakedə qətlə yetirilmiş 25 yaşlı qadın və anası qətldən bir neçə
saat əvvəl kömək üçün polis şöbəsinə müraciət edib. Bu haqda
məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Artıq cinayətkarın kimliyi məlumdur və onun saxlanılması üçün
operativ axtarış tədbirləri davam edir. Qətldən bir neçə saat öncə
qətlə yetirilmiş T.Q. və onun anası polis şöbəsinə gəliblər və
cinayətkarın həbsi üçün order verilməsini tələb ediblər. Polis
müvafiq reaksiya göstərib.
T.Q. şəxsi işlərinə görə, polis idarəsini tək, anasından əvvəl tərk
edib.” – DİN-nin bəyanatında bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, polisə qətllə
bağlı məlumat orderin çıxarılmasından bir az sonra daxil olub.
Polislər hadisə yerinə gedəndə T.Q. artıq dünyasını dəyişibmiş.
DİN-in məlumatına görə, 13 aprel tarixində Vakedə baş vermiş qətl
faktı ilə bağlı intensiv axtarış fəaliyyətləri həyata
keçirilir.