Bu piroq ailəniz tərəfindən çox seviləcək
Limonlu piroq - bu piroqu hazırlamaqla siz doğru seçim etmiş olacaqsınız. Olduqca dadlı olan limonlu piroq bütün ailə üzvləriniz xüsusən də uşaqlarınız tərəfindən çox seviləcək.

Hazırlanması tez və asan olan Limonlu piroqun reseptini teqdim edirik:

Ərzaqlar

  • 4 ədəd yumurta
  • 1,5 st şəkər tozu
  • 1st süd
  • 1/2 duru yağ
  • 3st un
  • 2 yemək qaşığı limon suyu
  • 1 ədəd rəndələnmiş limon qabığı
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

Hazırlanması

  1. Yumurtaları və şəkər tozunu birlikdə çırpın.
  2. Sıra ilə südü, duru yağı, limon suyunu əlavə edib 2 dəqiqə çırpın.
  3. Ələnmiş unu, vanili və qabartma tozunu əlavə edib yaxşı qarışdırın.
  4. Piroq bişirəcəyiniz qabın dibini kərə yağı ilə yağlayın. Hazır olan qarışımı qaba tökün.
  5. Əvvəlcədən qızdırılmış sobada 170 dərəcədə 40 dəqiqə bişirin.
  6. Piroqunuz bişdikdən sonra içini çəkməsini gözləyin.
  7. Piroqunuzu doğradıqdan sonra üzərinə şəkər pudrasını əlavə edib, süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Print ელ. ფოსტა
FaceBook Twitter Google