Tbilisidə bir nəfər qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb
İsani-Samqori polisi Tbilisidə 1990-cı ildə anadan olmuş bir şəxsi saxlayıb. İstintaq onu qəsdən qətl törətməkdə və iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhddə ittiham edir.

Polis idarəsinin məlumatına görə, qətl hadisəsi Tbilisidə, 16 noyabr tarixində, axşam saatlarında baş verib. İstintaqın versiyasına görə, saxlanılmış şəxslə iki tanışı arasında münaqişə yaranıb, münaqişə fiziki qarşıdurmaya çevrilib, bu zaman saxlanılan şəxs həmin iki nəfərə bıçaqla xəsarət yetirib.

Yaralılardan biri xəstəxanaya çatdırılanadək dünyasını dəyişib, digəri isə xəstəxanaya yerləşdirilib.

“İntensiv istintaq tədbirləri davam edir, cinayətdə istifadə olunan bıçaq maddi dəlil kimi götürülüb”, - DİN-nin bəyanatında qeyd edilib.

Günahı sübuta yetirildiyi halda saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google