Azərbaycanlı gənclər Avaqyanın büstünün qoyulmasına etiraz etdilər (LIVE)
Bu gün, 8 fevral tarixində Tbilisidə Parlament binasının qarşısında Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsi ilə bağlı azərbaycanlı gənclər tərəfindən aksiya keçirildi.
Aksiyada tələbələr, fəal gənclər, QHT sektorunun nümayəndələri, bir sıra siyasətçilər və gürcü ictimaiyyət nümayəndələri iştirak edirdilər. Aksiyada çıxış edənlər Axalkalakidəkidə tez bir zamanda büstün götürülməsini tələb edirdilər. Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Malxaz Maçalikaşvili, Əli Babayev, Əhməd İmamquliyev, Əlibala Əsgərov, Benyamin Qasımov, Simon Kopadze, Quram Marxuliya, Tengiz Txelava və digərləri çıxış etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, Gürcüstanda separatçının büstü tez bir zamanda götürülməlidir.

Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və ya abidənin olmadığını qeyd ediblər.

Qeyd edək ki, bugünkü aksiya 5 fevral tarixində baş tutmalı idi, lakin aksiyadan bir gün öncə aksiyanin təşkilatşılarından biri olan Sevinc Hümbətova “Facebook” səhifəsində paylaşım edərək aksiyanın təxirə salındığını bildirmişdi. Buna səbəb olaraq Tbilisi meriyasının aksiyasının keçirilmə tarixini dəyişdirməsi idi.

Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsinin Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın büstünün açılışı olmuşdu. Abidənin qoyulması etirazlara səbəb olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google