Bir neçə dəfə su basmış Kobuleti küçəsi - meriya tərəfindən suallara cavab verilməyib
Marneuliyə Yağılcadan gələn su yenidən Marneuli küçələrinə dolub. Hadisə 16 iyun tarixində axşam güclü yağış nəticəsində baş verib. Kvemo Kartlinin Fövqəladə halların İdarəsi Agentliyinin direktor müavini David Gelaşvili bizimlə söhbət zamanı qeyd etdi ki, onlara 16 iyunda axşam Marneulidən 10 zəng daxil olub və yardım briqadasının köməyi ilə tez zamanda fəlakət zonasının lokallaşdırılması baş verdi. Gelaşvilinin dediyiə görə Marneulidə ən çətin zona Kobuleti küçəsidir.

“Kobuleti küçəsi tanınmış küçədir, ərazi olaraq elə yerdədir ki, Marneulidə yağış olan zaman bu küçədə çox su yığılır. Əvvəlki ilə müqayisədə bu dəfə yaşayış evlərini su basmayıb. Yalnız həyətləri və zirzəmiləri basıb. Xəsarət alan yoxdur. Zərəri yerli hakimiyyət yəqin ki hesablayacaq. lakin gördüyümüz qədər su əsasən bağları basıb”- deyə David Gelaşvili bildirdi.



Xatırldaq ki, Marneulidə iyun ayında artıq 2 dəfə küçələr su altında qalıb. İlk dəfə 2 iyun və ikinci dəf 16 iyun tarixində. Demək olar ki, birinci dəfə baş verən sel əhali üçün daha güclü olub. Onların evləri və zirzəmilərinin su altında qalıb, bəzi hallarda əhalinin evindən çıxarılması halları da lazım gəlib.

Birinci fəlakətdən artıq iki həftədən artıq müddət keçib və demək olar ki, Marneuli meriyasından yalnız onu bilirik ki, qeyd olunan məsələ ilə bağlı işlər gedir. Zərər hesablanıb ya yox, zərəri qarşılamaq nə ilə olacaq və bunun üçün tədbirlər planlaşdırılırmı bunun üçün meriyadan həmişə olduğu kimi rəsmi məktub yazmağımızı tələb edirlər.

2 iyun tarixində baş vermiş fəlakət zamanı Marneuli meri Temur Abazov dedi ki, zərəçəkənlər üçün məbləğ rezerv fondundan ayrılacaq. Ancaq bu təşəbbüs qüvvədə qalacaq ya yox bu məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები