MSK açıqlayıb: İlham Əliyev 86 % səs toplayaraq qalib gəlib
Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib: İlham Əliyev 86 % səs çoxluğu ilə qalib gəlib.
Bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Digər namizədlər - Araz Əlizadə 1,39 %, Hafiz Hacıyev 1,51 %, Qüdrət Həsənquliyev 3,04 %, Fərəc Quliyev 1,18 %, Sərdar Məmmədov 3,02 %, Razi Nurullayev 0,75 %, Zahid Oruc 3,11 % səs toplayıblar.

Prezident seçkiləri aprelin 11-də, çərşənbə günü keçirilib.

Dünən seçkilər günü BBC Azərbaycanca canlı səhifə yayımlayıb.

Mənbə: bbc.com/azeri
Print ელ. ფოსტა
FaceBook Twitter Google