Azərbaycan Prezident seçkilərində qalib gəlmiş İlham Əliyev ölkə
əhalisinə dəstək üçün təşəkkürünü bildirib.
“Xalqın dəstəyini hər zaman hiss etmişəm. Bu bizim
inkişafımız üçün çox mühüm şərtdir” – Əliyev
bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan əhalisi “təhlükəsizliyə, və
inkişafa səs verib”.
“Sizin dəstəyiniz son 15 il ərzində gördüyümüz işlərə
verilən dəyərdir. 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3.2 dəfə
böyüyüb. Bununla belə biz daha da güclü olmalıyıq. İrəli, Yeni
qələbələrə doğru!” – Əliyev deyib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun
bildirdiyinə görə, Bülletenlərin 65%-i sayılıb və bu nəticələrə
görə, İlham Əliyev 86.09% səs toplayıb.