Yerevanda tələbələr tədris prosesini boykot ediblər
Yerevanda ali təhsil müəssisələrinin tələbələri tədris prosesini boykot ediblər və universitetlərin həyətinə toplaşıblar. Onların bildirdiyinə görə, sakit aksiyaya qoşulublar.
“Aksiyada ona görə iştirak edirəm ki, normal həyat istəyirəm. Dəyişikliklər etmək zamanı gəlib. Mənim bütün kurs yoldaşlarım oradadır, indi hamımız eyni şeyi istəyirik, Serj Sarkisian getsin”, - deyir Artur Manukyan, birinci kurs tələbəsi.

Tələbə Lilit Boroyan və Haikuş Setrakyanın əsas tələbi də Serj Sarkisyanın istefa verməsidir.

Etiraz aksiyaları Yerevanda səhərdən yenilənib. Ermənistanın polisi bildirir ki, aksiyalar sanksiyadan kənardır və müvafiq olaraq nümayişi dağıdırlar. İctimaiyyət artıq dünəndən hakimiyyətin küçəyə ağır texnika çıxarmasından başlayaraq mitinqin dağıdılmasını gözləyir.

İndiyə qədər müxalifət lideri, Nikol Paşiniyanın yerli məlum deyil. Onu dünən, 22 aprel tarixində Serj Sarkisiyanla görüşdən sonra polis müəyyən olmayan istiqamətə aparıb.
Polis və müxtəlif hüquq mühafizə təşkilatlarının verdiyi məlumata əsasən Ermənistanda Serj Sarkisiyanın hakimiyyətdə qalmasına qarşı çıxan müxalifətin aksiyalarında Yerevanda və başqa şəhərlərdə onlarla vətəndaş həbs edilib.

Ermənistanın milli toplantı deputatları Serj Sarkisiyanı ölkənin baş naziri olaraq 17 aprel tarixində, Ermənistanda baş verən geniş miqyaslı aksiyalara baxmayaraq seçiblər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google