Gəlirlər xidməti: Sadaxlıdan Ermənistana hərəkət etməkdə bir neçə saatlıq maneələr yaranıb
Gəlirlər xidmətinin məlumatına görə, Gürcüstan-Ermənistan sərhəddində gömrük buraxılış məntəqəsi maneəsiz çalışır.

Amma dünən 22 aprel tarixində Ermənistanda gedən aksiyalara görə bir neçə saatlığına insanlar hərəkət edə bilməyiblər.

“Dünən gömrük məntəqəsində maneəçilik olmayıb, gömrük 24/7 rejimdə çalışırdı, ancaq Ermənistan tərəfinin bağlanmış yolu və orada baş verən mitinqlərə görə sərnişinlər hərəkət edə bilmirdilər. Bu problem onlar dağılan kimi həmin dəqiqə həll olundu”, - Gəlirlər xidmətindən Netgazetiyə bildiriblər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google