Beyin travması almış "möcüzə" oğlan süni nəfəs aparatı söndürülmədən öncə ayılıb
ABŞ-da həkimlər beyin travması almış 13 yaşlı süni nəfəs aparatını söndürməyə hazırlaşarkən pasient ayılıb .  Valideynləri artıq onun orqanlarının bağışlanmasına dair sənədi imzalamışdılar.  Trenton McKinley avtomobil qoşqusundan yıxıldıqdan sonra ciddi beyin travması alıb.  Həkimlər valideynlərinə onun sağalmayacağını bildiriblər və onun orqanlarının ehtiyacı olan digər beş uşağa uyğun gəldiyini bildiriblər.

Dini inancı ölümcül hala salan beyin şişi
Ölümünüzü öncədən proqnoz edən alqoritm - o necə işləyir?
Lakin süni nəfəs aparatının sönməsinə bir gün qalmış Trenton-un sağ olduğu məlum olub.

Azyaşlı, mart ayında ABŞ-ın Alabama ştatında baş vermiş avtomobil qəzası zamanı kəllə sınıqları alıb.

Oğlanın anası Jennifer Reindl bildirib ki, ondan sonra Trenton böyrək çatışmazlığından əziyyət çəkib.

Bir məqamda isə Trenton 15 dəqiqə müddətinə kliniki ölüm keçirib.

Bundan sonra isə həkimlər onun "heç vaxt normal olmayacağını" bildiriblər.

Hazırda Trenton bərpa prosesini keçir.

"Betona dəydim və avtomobil qoşqusu başıma aşdı. Bundan sonra nə baş verdiyini xatırlamıram", o deyib.

Oğlanda hələ də sinir ağrıları və ürəkkeçinmələr var və o, daha bir əməliyyat keçirməlidir.

O, gəzir, danışır və hətta riyaziyyatla məşğul olur. Anası bu hadisəni "möcüzə" adlandırıb.

Trenton bildirib ki, huşsuz ikən cənnətdə olduğunu düşünüb.

"Açıq sahədə düz gəzirdim", 13 yaşlı oğlan deyir.

"Bunun Allahdan başqa izahı ola bilməz."

Ailə hazırda tibbi xərcləri ödəmək üçün Facebook vasitəsilə pul toplayır.


Məmbə: BBC.com

Print