Şübhəli drona görə Londonun “Hitrou” hava limanı reysləri dayandırıb
Londonun “Hitrou” hava limanı uçuşları
dayandırıb.
Britaniya mətbuatının yaydığı məlumata görə, hava limanının
rəhbərliyi Londonun ən böyük hava limanı üzərində şübhəli dronun
uçuşu aşkarlandıqdan sonra belə qərar qəbul edib.
“Nəzərinizə çatdırırıq ki, dron “Hitrou” hava limanını
izləyirdi. Təhlükəsizlik tədbirlərindən irəli gələrək, polislə
bərabər araşdıranadək səyahətləri dayandırdıq”, –
“Hitrou” hava limanının mətbuat katibi bəyan edib.
Qeyd edək ki, bu Londonda drona görə hava limanı tərəfindən
uçuşların dayandırıldığı ilk hal deyil. Keçən ay “Qetvik” hava
limanında da oxşar hal qeydə alınmışdı.