20 yaşındaki universitet tələbəsi Angela Merkel və yüzlərcə alman siyasətçilərin elektron poçtlarını sındırıb
Almaniya kansleri Angela Merkelin, ölkə prezidenti Frank-Valter Ştaynmayerin və yüzlərlə siyasətçinin şəxsi elektron poçtlarını sındırma ittihamı ilə 20 yaşlı gənc saxlanılıb.
Bu barədə “Reuters” yazır. Məlumata görə, tələbə minlərlə insanın elektron poçtlarını sındırıb və məktubları gizli Twitter hesabında yayımlayıb.

Yerli polisin məlumatına görə, gənc günahını etiraf edib. İstintaq orqanından bildirilir ki, gənc suçunu etiraf edib polislə əməkdaşlıq etdiyi üçün həbs olunmayıb.

Xarici mətbuatın verdiyi məlumata görə, bu Almaniya tarixində ən böyük şəxsi məlumatların yayımlanması halıdır. Almaniya mətbuatı isə bu kiber hücumun Rusiya tərəfindən olduğunu yazır.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google