14 ildir komada olan qadın bir neçə gün əvvəl doğum edib
San Karlos Apaçi qəbiləsinin üzvü olan qadın 10 ildən artıqdır ki komadadır və o, bir neçə gün əvvəl Arizona Tibb Müəssisəsində doğum edib. CNN-in məlumatına görə, bununla bağlı qəbilənin rəhbəri bildirib.

“Nə vaxt ki sevdiyiniz insanın palliativ qayğıya ehtiyacı var, nə vaxt ki o tamamilə başqalarından asılıdır, onun baxıcılarına sadəcə güvənə bilirsən”
– deyə Teri Rambler bildirdi.

Feniksdə olan Hasienda Palliativ Mərkəzindən bildirilib ki, polis əməkdaşları orada işləyən kişilərin DNT-sini yoxlayır.

Hüquq mühafizə orqanları tərəfindən ətraflı məlumat hələ ki verilməyib.

Xatırladaq ki, qadın 14 ildir ki komadadır, o, tibbi müəssisəyə 10 il əvvəl yerləşdirilib və 29 dekabr tarixində doğum edib. Cinsi zorakılıq qurbanı olan qadının şəxsiyyəti haqda məlumat verilmir.

“Ailə narahatdır, onlar üçün bu ağır bir zərbədir, qızlarına tibbi müəssisədə təcavüz ediblər” - deyə ailənin vəkili bildirib.

Vəkilin bildirdiyinə görə, ailə uşağa baxacaq və uşaq sevgi dolu bir ailədə böyüyəcək.

Tibbi müəssisənin rəhbərləri hadisəni çox kədərli bir hadisə kimi dəyərləndirirlər və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edirlər. Qeyd edək ki, müəssisənin icraçı direktoru Bill Timmons istefa edib.

Mənbə: ambebi.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google