VİDEO - Keniyada mehmanxana kompleksinə hücum olub, ölənlər var
Keniyanın paytaxtı Nayrobidə silahlı hücum nəticəsində ölənlərin sayı 15-ə çatıb. Silahlı şəxslər mehmanxana kompleksində və ətrafında olan xalqa atəş açıblar. Bu barədə məlumatı “Əl-Cəzirə” yazır.

Hücum edənlər ilk olaraq mehmanxanaya daxil olub və atəş açıblar. Çölə qaçan vətəndaşlar mütəşəkkil hücumun ikinci dalğası ilə qarşılaşıblar. Ölənlər arasında bir nəfər ABŞ, bir nəfər Britaniya vətəndaşı da var.

Yayılmış məlumata görə hücumun arxasında Somali silahlı qruplaşması “Əl-Şabab” durur. Qruplaşma Somalidə qərbin dəstəklədiyi hakimiyyətə qarşı mübarizə aparır.

Keniya paytaxtında hücum həmin qrupun üzvlərinin beşillik məhkəmə prosesinin tamamlanmasından bir gün sonra baş verib. Məhkəmədə “Vestqeyt” ticarət mərkəzində baş vermiş 63 nəfərin həyatına son qoyan silahlı hücum müzakirə olunurdu.

Müttəhimlər terrorizm və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. Lakin onlar ittihamları qəbul etmirdilər.

Mənbə: Netgazeti
Print