Vladimir Putin: “Türk axınının inşası prosesi qrafik üzrə davam edir''
Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

“Türk axını”nın inşası prosesi qrafik üzrə davam edir. 2019-cu ilin sonuna qədər boru kəmərini istifadəyə verməyi planlaşdırırıq”, - deyə Rusiya prezidenti qeyd edib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google