“20 Yanvar” faciəsindən 29 il ötürür
Bu
gün, Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd
olunur.
Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz
xatirəsini yad edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə
vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi
əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam
ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet
ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət
əmlakı dağıdıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğu
müstəqilliyə qovuşuldu və ölkə suverenlik əldə etdi. Bu qanlı
hadisələrdən illər keçsə də, Azərbaycan xalqı o müdhiş gecəni daim
xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar
faciəsi Azərbaycan respublikasında və dünyanın bir çox ölkəsində
hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.